100 illik tarixində ən böyük böhranla ÜZLƏŞDİ
    • 11-05-2020, 19:44
    • 820

100 illik tarixində ən böyük böhranla ÜZLƏŞDİ

Koronavirus səbəbindən bir çox aviaşirkətlər müflis olmaq təhlükəsindədirlər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkələrin sərhədləri bağlı olduğundan insanlar təyyarə ilə səyahət edə bilmirlər. Məhz bu səbəbdən də şirkətlər müflis olurlar. Bu dəfə isə Latın Amerikasının ən böyük ikinci aviaşirkəti olan "Avianca" iflasa uğrayıb. Bu barədə aviaşirkətin rəhbərliyi məlumat yayıb.

Təxminən 21 min işçisi olan şirkətin rəhbərliyindən edilən açıqlamada bildirilib ki, aviaşirkət 100 illik tarixində ən böyük böhranla üzləşib.