Dünyada koronavirusa yoluxanların SAYI
    • 13-05-2020, 00:00
    • 899

Dünyada koronavirusa yoluxanların SAYI

Dünyada koronavirusa yoluxanların sayı 4,09 milyon nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, son bir gün ərzində dünyada koronavirusa daha 82 min yoluxma qeydə alınıb, COVID-19-dan ölənlərin sayı 283 min nəfəri ötüb. 

Qeyd edilir ki, ayrı-ayrı qitələrdə koronavirusa ümumilikdə 4 088 848 yoluxma, 283 153 ölüm qeydə alınıb. Son bir gün COVID-19-dan ölənlərin sayı daha 4 261 nəfər artıb.