Fransada koronavirusdan ölənlərin SAYI ARTDI
    • 13-05-2020, 22:36
    • 693

Fransada koronavirusdan ölənlərin SAYI ARTDI

Fransada koronavirusdan həyatını itirənlərin sayı artıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 infeksiyasının yaratdığı xəstəlikdən 27 074 nəfər dünyasını dəyişib.Təkcə son gün ərzində 83 nəfərin müalicəsi nəticə verməyib. Hazırda 21 071 xəstə həkim nəzarətindədir. Son 24 saat ərzində koronavirus testi 543 nəfərdə müsbət olub. Ölkədə müalicə alan 2 428 pasiyentin vəziyyəti ağırdır.