Dünyada son 1 gündə koronavirusa yoluxanların sayı 81 mini ötdü
    • 14-05-2020, 08:55
    • 922

Dünyada son 1 gündə koronavirusa yoluxanların sayı 81 mini ötdü

Dünyada yeni koronavirusa yoluxanların sayı sutkada 81 mindən çox artaraq 4,17 milyonu keçib. Təsdiq edilmiş ölüm hallarının sayı 4 mindən çox artaraq 287 mini keçib.

News24.az xəbər verir ki,  bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Dünyada 4 170 424 yolxuma və 287 399 ölüm halı qeydə alınıb. Sutka ərzində daha 81 577 nəfər koronavirus yoluxub, 4 245 nəfər ölüb.

Son 24 saat ərzində Şimali və Cənubi Amerika bölgəsi koronavirusun səbəb olduğu xəstəliyin başlamasından bəri yoluxmuş insanların sayına görə birinci yerə çıxıb (1 781 564). Sutka ərzində bu göstərici 37 847 nəfər artıb, ölənlərin sayı 1 955 artaraq 106 504 nəfərə çatıb.

Avropada 1 780 360 nəfər koronavirusa yoluxub və 159 799 ölüm faktı qeydə alınıb. 24 saat ərzində yoluxanların sayı 24 527, ölüm halları isə 1918 nəfər artıb. / trend/