Məşhur əkiz bacılardan biri boşanır - FOTO
    • 14-05-2020, 12:32
    • 930

Məşhur əkiz bacılardan biri boşanır - FOTO

Məşhur aktrisa və dizayner, Olsen əkiz bacılarından biri Meri-Keyt Olsen 50 yaşlı həyat yoldaşından boşanır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, M.K.Olsen boşanma üçün 2 ay öncə məhkəmə müraciət edib. Koronavirus pandemiyası səbəbi ilə məhkəmə prosesi uzanır. 

Olsen boşanma prosesinin tezləşdirilməsini tələb edir. Buna səbəb isə həyat yoldaşı ilə aralarında olan münaqişədir. Vəkillərin sözlərinə görə, boşan prosesinin başlaması aktrisaya həyat yoldaşına mülklərdən istifadəyə qadağa qoymağa şərait yaradacaq. Həmçinin Meri-Keyt Olsen evlilik razılaşmasının da həyata keçirilməsini tələb edir.