Ərə gedənə qədər qadınlarla münasibətdə olan 3 oğul anası - 51 YAŞLI KEYT
    • 14-05-2020, 15:58
    • 767

Ərə gedənə qədər qadınlarla münasibətdə olan 3 oğul anası - 51 YAŞLI KEYT

Bu gün dünyaca məşhur aktrisa Keyt Blanşetin 51 yaşı tamam olur.

News24.az xəbər verir ki K.Blanşetin film sahəsinə gəlməsi təsadüf nəticəsində baş verib. Aktrisa Misirdə olan zaman çəkilən filmlərdən birinin kütləvi səhnəsində çəkilib. Məhz bundan sonra aktrisalıqda maraqlı olub. 

Keyt Blanşet müxtəlif vaxtlarda etdiyi səmimi açıqlamaları ilə mətbuatı təəccübləndirməyi bacarıb. Belə ki, o, ailə qurana qədər xanımlarla münasibətdə olduğunu etiraf edib. Hazırda aktrisa 20 ildən artıqdır ki, ailəlidir və 3 oğlu var. 

K.Blanşet istənilən obrazı canladırmağa qadirdir. Buna misal olaraq isə "Mən orda yoxam" adlı ekran işində Bob Dilan adlı kişini oynamasıdır. 

6 dəfə "Oskar" mükafatına namizəd göstərilən aktrisa 2 dəfə qalib olub.