“Toyota” sürücüsündən ŞOK HƏRƏKƏT – VİDEO
    • 17-05-2020, 13:56
    • 776

“Toyota” sürücüsündən ŞOK HƏRƏKƏT – VİDEO

ABŞ-da qadın sürücünün törətdiyi qəza təhlükəsizlik kamerası tərəfindən görüntülənib. 

News24.az xəbər verir ki, hadisə Florida ştatında qeydə alınıb.

Kadrlarda, qadın idarə etdiyi “Toyota RAV4” markalı avtomobilin sükanı idarəetməsini itirdiyi və sürətlə bir həyət evinin hər iki hasarını dağıdaraq digər yola keçdiyi görülür.

Yerli KİV-in məlumatına görə, qəza nəticəsində qadın müxtəlif dərəcəli bədənə xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Ev sahiblərinin bildirdiyinə görə, onlar adətən çox vaxtlarını uşaqları ilə birlikdə evin bağçasında keçirirmişlər. Ancaq, həmin gün hava qeyri-sabit olduğundan, həyətə çıxmayıblar və bu da ailəni qəzadan xilas edib./Avtosfer.az