Yenidən dördgünlük komendant saatı tətbiq EDİLƏCƏK
    • 18-05-2020, 23:06
    • 1 013

Yenidən dördgünlük komendant saatı tətbiq EDİLƏCƏK

Türkiyədə koronavirusun yayılması ilə mübarizə çərçivəsində komendant saatı tətbiq ediləcək.

News24.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Komendant saatı mayın 23-dən 26-dək Ramazan bayramı müddətində qüvvədə olacaq: "Mayın 23, 24, 25, 26-da bütün 81 vilayətdə komendant saatı tətbiq ediləcək".

R.T. Ərdoğan əlavə edib ki, mayın 29-dan etibarən ölkədə məscidlər qismən açılacaq.