Tramp ÜST-ə od püskürdü:
    • 19-05-2020, 10:23
    • 630

Tramp ÜST-ə od püskürdü: "Pandemiyaya cavab vermə səhvləri dünyaya baha başa gəldi"

"Vaşinqton Ümumdünya Səhiyyə Təşkilatı üçün maliyyəni tamamilə dayandıracaq və təşkilat ABŞ-ın 30 gün ərzində tələb etdiyi islahatları həyata keçirməzsə, quruma üzvlüyünə yenidən baxacaq". 

News24.az RİA-ya istinadən xəbər verir ki, bu sözlər ABŞ prezidenti Donald Trampın təşkilatın direktoru Tedros Adan Gebreisusa göndərdiyi məktubda deyilir.

Ağ Ev rəhbərinin sözlərinə görə, onun administrasiyası apardığı araşdırmaya görə, ÜST koronavirus pandemiyası mübarizədə uğursuz olub:
"Bu yoxlama son bir ayda qaldırdığım bir çox ciddi məsələ ilə bağlı narahatlığımı təsdiqlədi. Həmçinin ÜST-nın cavab verməli olduğu digər məqamları da ortaya çıxardı. Xüsusən də təşkilatın Çindən müstəqil olmamasının həyəcan verici olduğunu təsbit etdi".

ABŞ prezidenti ÜST-dən əhəmiyyətli dərəcədə yaxşılaşma və ən əsası  Çindən müstəqillik əldə etməsini olan tələb edib:"Aydındır ki, sistematik səhvləriniz və təşkilatın bir pandemiyaya cavab vermə səhvləri dünyaya baha başa gəldi".

Tramp eyni zamanda təşkilatın islahatı məsələsini ÜST ilə müzakirə etməyə başladığını bildirib.