Diqqət ! Görmə əngəllilər üçün “bionik göz” YARADILDI
    • 21-05-2020, 20:07
    • 1 104

Diqqət ! Görmə əngəllilər üçün “bionik göz” YARADILDI

Honq Konq Elm və Texnologiya Universitetinin alimləri mükəmməl "bionik göz" yaradıblar. 

News24.az xarici mətbuata istinadən xəbər verir ki, müvafiq test və sınaqlar zamanı məlum olub ki, yeni yaradılmış bionik gözlər təbii sağlam insan gözlərindən daha yaxşı görmə qabiliyyətinə malikdir.

Tədqiqatçıların bildiriblər ki, bu gözlər hətta insanların qaranlıqda görə bilmədiklərini ayırd edə bilir. Tərtibatçıların fikrincə, belə bir gözün sahibi gecə görmə qabiliyyətinə də yiyələnəcək.