Tramp jurnalistlərin kosmosa göndərilməsini TƏKLİF ETDİ
    • 21-05-2020, 23:22
    • 752

Tramp jurnalistlərin kosmosa göndərilməsini TƏKLİF ETDİ

Donald Tramp onu tənqid edən jurnalistlərin kosmosa göndərilməsini təklif edib.

News24.az  "interfax.ru" saytına istinadən xəbər verir ki, Ağ Evdə jurnalistlərlə söhbət  zamanı Tramp zarafatla bildirib ki, məmnuniyyətlə ən azı bir müddət ara vermək üçün tənqid edən jurnalistləri raketə qoyub kosmosa göndərərdi. Ağ Ev lideri “SpaceX” raketinin buraxılacağı Florida ştatına səfər etməyi düşündüyünü qeyd edib.

ABŞ prezidenti müntəzəm olaraq bəzi Amerika KİV-lərini saxta xəbərlər yaymaqda tənqid edir. Mətbuat konfranslarında tez-tez bəyənmədiyi suallara kəskin cavab verir.