Yeni smartfonlarda özəl xüsusiyyətlər YARADILACAQ

Yeni smartfonlarda özəl xüsusiyyətlər YARADILACAQ
Dünya / İQTİSADİYYAT

23 may 2020, 00:46

Mətn ölçüsü

Smartfonlar artıq selfi modullar vasitəsilə xəstəliklərə diaqnoz qoya biləcək.

News24.az “4pda.ru” saytına istinadən xəbər verir ki, İndianapolis Universitetinin tədqiqatçıları yeni yaradılacaq smartfonlarda olan yeni alqoritm sayəsində istifadəçinin şəkillərini ətraflı şəkildə araşdırdıqdan sonra müxtəlif xəstəliklərə yüksək dəqiqliklə diaqnoz qoymağın mümkün olacağını bildirib.

Texnologiyanın işləməsi üçün heç bir xüsusi avadanlıq tələb olunmur və bütün hesablamalar smartfonda həyata keçirilir. Alimlərin bəyanatına görə, könüllülərin iştirakı ilə keçirilmiş sınaqlar zamanı mobil analizin səhvi 5%-10% aralığında olub.

Müvafiq mobil proqramın çıxarılma tarixi hələ elan edilməyib.