Çəyirtkə sürüləri bu ölkələrə HÜCUM ETDİ
    • 25-05-2020, 19:42
    • 612

Çəyirtkə sürüləri bu ölkələrə HÜCUM ETDİ

Hindistanın Racastan və Madya Pradeş ştatlarını və BƏƏ-nin Dubay əmirliyini çəyirtkə sürüləri istila edib.

News24.az xəbər verir ki, bu barədə “HaberGlobal” saytı məlumat yayıb. Hindistanda yaranmış vəziyyət son 27 ilin ən böyük çəyirtkə istilası kimi qeydə alınıb. İran və Pakistandan gələn çəyirtkə sürülərinin qarşıdakı günlərdə şimaldakı Uttar Pradeş ştatına irəliləməsi gözlənilir.

Çəyirtkə sürüləri həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay əyalətini istila ediblər.