Hərbi helikopter təlim uçuşu zamanı qəzaya uğradı - 4 ÖLÜ
    • 26-05-2020, 11:09
    • 837

Hərbi helikopter təlim uçuşu zamanı qəzaya uğradı - 4 ÖLÜ

Rusiyanın şərqindəki Çukotka bölgəsinə "MI-8" tipli hərbi vertolyotun sərt enişi nəticəsində meydana gələn qəzada 4 nəfər ölüb.

News24.az TASS-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasında, "MI-8" tipli hərbi helikopterin Ugolnii Kopi hava limanı yaxınlığında təlim uçuşu zamanı sərt eniş etdiyi bildirilib.

Bölgə rəsmisi, vertolyotda olan 4 nəfərdən ibarət ekipajın qəzada öldüyünü və vertolyotun enməsindən sonra yandığını açıqlayıb.

Qəzaya texniki nasazlığın səbəb olduğu təxmin edilir.