Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi VƏFAT ETDİ
    • 26-05-2020, 16:23
    • 605

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi VƏFAT ETDİ

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı İsmayıl Hakkı Karadayı vəfat edib.

İsmayıl Hakkı Karadayı 88 yaşında İstanbulda yerləşən xəstəxanalardan birində dünyasını dəyişib.
O bir neçə gün əvvəl yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İsmayıl Hakkı Karadayı 1994-1998-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. /APA/