Rusiyada Qələbə Paradı iyunun 24-də KEÇİRİLƏCƏK

Rusiyada Qələbə Paradı iyunun 24-də KEÇİRİLƏCƏK
Dünya

26 may 2020, 16:56

Mətn ölçüsü

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan Qələbə Paradı iyunun 24-də keçiriləcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə keçirdiyi iclasda bildirib.
V. Putin Rusiyanın paytaxtı Moskva şəhərində və digər şəhərlərdə Qələbə Paradının keçirilməsinə hazırlıqla bağlı öz müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, mayın 9-da keçirilməli olan Qələbə Paradı yeni növ koronavirus (COVID-19) təhlükəsinə görə təxirə salınıb./APA/