Türkiyədə koronavirusdan ölənlərin sayı AÇIQLANDI
    • 26-05-2020, 21:36
    • 487

Türkiyədə koronavirusdan ölənlərin sayı AÇIQLANDI

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 28 nəfər ölüb.

News24.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

Nazir qeyd edib ki, son 24 saatda 19 852 şübhəli koronavirus testindən keçib, onlardan 948-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4397 nəfər ölüb, 158 762 nəfər bu infeksiyaya yoluxub, 121 507 nəfəri isə müalicə olunub. Bu gün daha 1492  xəstə evə buraxılıb. 

Nazir bildirib ki, reanimasiyada ümumilikdə 739 xəstə var.