Yarasa qadından bütün dünyaya XƏBƏRDARLIQ
    • 26-05-2020, 23:12
    • 632

Yarasa qadından bütün dünyaya XƏBƏRDARLIQ

Çinin Uhan şəhərindəki Virusologiya İnstitutunun həkimi Şi Zenqli bu dəfəki çıxışında vəhşi heyvanlarda olan xəstəliklərin də öyrənilməsinin vacibliyindən bildirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, gördüyü işlərə görə "yarasa qadın" adlandırılan həkim bildirib ki, insanları bundan sonrakı xəstəliklərdən də qorumaq istəyiriksə, o zaman vəhşi heyvanların daşıdığı virusları dərindən öyrənməliyik.

O, əlavə edib ki, koronavirus aysberqin görünən hissəsidir. Çinli həkim yeni virusların aşkarlanması, öyrənilməsi istiqamətində təcili və zəruri addımların atılmasının vaciblyiini vurğulayıb.