Koronavirus peyvəndi ilin sonunadək hazır OLA BİLƏR

Koronavirus peyvəndi ilin sonunadək hazır OLA BİLƏR
Dünya

27 may 2020, 22:46

Mətn ölçüsü

Koronavirus peyvəndi noyabr-dekabr aylarınadək hazır ola bilər. 

News24.az xəbər verir ki, bu barədə ABŞ-ın Allergiya və İnfeksion Xəstəliklər Milli İnstitutunun direktoru Antoni Fauçi “CNN”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi peyvəndin hazırlanması üçün yaxşı imkanlar var.

“Düşünürəm ki, bizim yaxşı imkanımız var, əgər hər şey öz yerinə düşərsə, ilin sonunadək – noyabr-dekabr aylarınadək biz peyvəndi hazırlaya bilərik”, - A.Fauçi bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hazırda COVİD-19 virusu əleyhinə 10 peyvəndin klinik sınaqlarının həyata keçirildiyini açıqlayıb.