İstanbulun körpüləri Azərbaycan bayrağının rəngləri ilə İŞIQLANDIRILDI
    • 27-05-2020, 23:48
    • 978

İstanbulun körpüləri Azərbaycan bayrağının rəngləri ilə İŞIQLANDIRILDI

Türkiyənin İstanbul şəhərinin rəmzlərindən hesab edilən üç böyük körpü - “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet”, “Yavuz Sultan Səlim” körpüləri, eləcə də, tarixi abidələrdən olan “Qalata qülləsi” 28 May – Azərbaycanın Respublika Günü münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb.

News24.az xəbər verir ki, bu tarixi kompozisiya Baş konsulluğun təşəbbüsü, Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi (XİN), İstanbul Valiliyi və Quru yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub. Diplomatik nümayəndəlikdən bu xüsusi təbrik mesajının qardaş Türkiyənin Azərbaycana xüsusi diqqətinin bariz təzahürü olduğu deyilib.

Gecə saatlarında başlayaraq Azərbaycan bayrağının üç rəngində, mavi, qırmızı və yaşıl olmaqla baş tutan işıqlandırma dörd kompozisiya üzrə dəyişərək İstanbul boğazına, Mərmərə dənizinə xüsusi gözəllik verib.

İşıqlandırma səhər saatlarına qədər davam edəcək./Report