Çində qədim bürünc kuzə TAPILDI
    • 28-05-2020, 02:00
    • 942

Çində qədim bürünc kuzə TAPILDI

Çində içində naməlum maye olan qədim bürünc kuzə tapılıb.

News24.az xarici mətbuata istinadla xəbər verir ki, Henan əyalətindəki Sanmenxia şəhərinin yenidən qurulması zamanı bir qab, digər əşyalar və nefrit qılıncları olan bir məzar tapılıb.

Arxeoloqların sözlərinə görə, məzar Tsin sülaləsi dövründə (221-207 bizim eradan əvvəl) yerli məmurlardan birinə aid ola bilər.

Alimlərin dəyərləndirməsinə görə, kuzənin 2 minə yaxın yaşı var. Kuzə qaz başları bəzədilib, içində isə naməlum sarı-qəhvəyi maye olub. Hazırda kimyaçılar onun tərkibini öyrənir.