Türkiyədə koronavirusdan ölüm sayı 4500-ü KEÇDİ
    • 30-05-2020, 23:10
    • 536

Türkiyədə koronavirusdan ölüm sayı 4500-ü KEÇDİ

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 26 nəfər ölüb.

News24.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

Nazir qeyd edib ki, son 24 saatda 39 230 şübhəli koronavirus testindən keçib, onlardan 983-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4515 nəfər ölüb, 163 103 nəfər bu infeksiyaya yoluxub, 126 984 nəfəri isə müalicə olunub. Bu gün daha 1021 xəstə evə buraxılıb.