Taksi sürücüsü 5 manata görə QADIN SƏRNİŞİNİ DÖYDÜ
    • 2-06-2020, 11:49
    • 951

Taksi sürücüsü 5 manata görə QADIN SƏRNİŞİNİ DÖYDÜ

Türkiyədə taksi sürücüsü Mərakeş əsilli qadını döyüb. 

News24.az NTV-yə istinadən xəbər verir ki, qadın Kasımpaşaya getmək istədiyib. Bir müddət sonra tıxaca düşən taksi sürücüsü əsəbiləşib və  qadının ünvanına sözlər işlədib.

Qadın taksi sürücüsünün dediklərini başa düşdükdən sonra aralarında mübahisə yaranıb. Müzakirələrin böyüməsindən sonra taksi sürücüsü qadına sillə vurub.

Daha sonra isə taksidən düşüb qaçmağa çalışan qadından 22 lirə (5,5 AZN) gediş haqqını almaq üçün onu tutaraq yerə yıxıb və onu boğmağa çalışıb. 

Polis tərəfindən saxlanılan taksi sürücüsü polis tərəfindən saxlanılıb. Polisə ifadə verdikdən sonra isə sərbəst buraxılıb.