43 günlük şatdaun başa çatdı

43 günlük şatdaun başa çatdı Dünya

ABŞ-də tarixdə ən uzunmüddətli hökumət bağlanması artıq başa çatıb, lakin həm Respublikaçılar, həm də Demokratlar günahı bir-birinin üzərinə ataraq siyasi xal toplamağa çalışırlar.

News24.az “Reuters”ə istinadla xəbər verir ki, 43 günlük bağlanmanın nəticələri ağır olub: minlərlə federal işçi maaşsız qalıb, uçuşlar gecikib, aşağı gəlirli ailələr arasında ərzaq çatışmazlığı artıb.

Bununla belə, qısamüddətli dövrdə Tramp siyasi mövqelərini qorumağı bacarıb. Respublikaçılar Konqresdə birgə mövqe sərgiləyərək Demokratların tələblərinə boyun əyməyiblər.

Hökumətin bağlı olduğu müddətdə Tramp Asiyaya səfər edib və bu addım 2013-cü ildə bənzər vəziyyətdə səfərini ləğv edən Barak Obamanın əksinə olaraq tənqidə səbəb olmayıb.

Tramp Demokratları ittiham edərək belə deyib:

“Amerika xalqı bunu unutmasın. Aralıq seçkiləri və gələcək kampaniyalar zamanı yadda saxlayın ki, onlar ölkəmizə nə etdilər”.

Lakin analitiklər hesab edirlər ki, ötən həftə keçirilən seçkilərdə Demokratların qələbəsi şatdauna görə seçicilərin narazılığı ilə bağlı olub və bu, Tramp üçün zəiflik siqnalıdır.