Sutkada 2,4 min yoluxma, 74 ölüm - İRANDA

Sutkada 2,4 min yoluxma, 74 ölüm - İRANDA
Dünya

12 iyun 2020, 14:09

Mətn ölçüsü

İranda sutka ərzində koronavirusa 2,4 min nəfər yoluxub.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmisi Sima Sadat Lari məlumat verib. O bildirib ki, ölkə üzrə daha 74 nəfər koronavirusun qurbanı olub. 

Bununla da İranda ümumi yolxumaların sayı 182 min 545-ə, ölüm isə 8659-a çatıb. Məlumatda 144 min 649 xəstənin isə sağaldığı bildirilib.