44 ildir prezident olan Pol Biya yoxa çıxdı

44 ildir prezident olan Pol Biya yoxa çıxdı Dünya

93 yaşlı Kamerun Prezidenti Pol Biya yoxa çıxıb. O, iki aydır ölkədə görünmür.

News24.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, Biya iyunun 7-də Kamerundan İsveçrəyə gedib və o vaxtdan ölkəyə qayıtmayıb.

Bu müddət ərzində prezident ictimaiyyət qarşısında da görünməyib.

Onun uzun müddət ölkədə olmaması hakimiyyət boşluğu yaradıb, dövlət işləri isə faktiki olaraq avtomatik rejimdə həyata keçirilir.

Prezidentin səhhəti uzun müddətdir müxtəlif iddialara səbəb olur.

Biya dünyanın ən yaşlı fəaliyyətdə olan dövlət başçısıdır.

O, 1982-ci ildən hakimiyyətdədir və hazırda səkkizinci prezidentlik müddətini yaşayır.

2025-ci ildə onun yenidən prezident seçilməsi ölkədə kütləvi etirazlara səbəb olub.