45 dəqiqə ürəyi dayanan kişi cənnəti gördü
Dünya
ABŞ-də Tennessi ştatının sakininin ürəyi 45 dəqiqə dayanıb və o, bu müddətdə cənnəti gördüyünü iddia edib.
News24.az xəbər verir ki, bu barədə o, “Unilad” nəşrinə müsahibəsində danışıb.
Mayk Makkinzinin sözlərinə görə, hadisə oğlunun toyundan bir gün əvvəl baş verib.
O, özünü pis hiss etsə də, ailənin sevincini pozmamaq üçün bunu heç kimə deməyib. Lakin bir qədər sonra xəstəxanaya aparılıb və orada huşunu itirib.
Makkinzi bildirib ki, həmin vaxt İsa Məsih insan surətində onun olduğu palataya daxil olub və onu cənnətə aparıb. Onlar bir təpənin üzərində olublar.
"Mənim hisslərim o qədər güclü idi ki, ayaqlarıma toxunan hər bir otu hiss edirdim", – deyə o bildirib.
Daha sonra o, aşağıda bir şəhər gördüyünü, lakin şəhərin duman içində olduğuna görə yalnız damlarını seçə bildiyini söyləyib.
Şəhərin mərkəzində nəhəng qızılı günbəz, onun ətrafında isə daha kiçik günbəzlər və hündür ağ minarələr gördüyünü iddia edib.
Makkinzi həmçinin digər tərəfdə şam ağaclarına bənzər ağaclarla örtülü dağ ucaldığını, dağın üzərində isə indiyədək gördüyü ən parlaq və heyrətamiz rənglərə malik səmanın uzandığını deyib.
Makkinzinin sözlərinə görə, o, bir anda diz çöküb və bundan sonra yenidən əməliyyat otağında gözlərini açıb.