İtaliyadan 13 ölkəyə QADAĞA

İtaliyadan 13 ölkəyə QADAĞA
Dünya

10 iyul 2020, 09:59

Mətn ölçüsü

İtaliya koronavirus təhlükəsi yaradan 13 ölkədən İtaliyaya girişi və tranzit keçidi qadağan edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Yazılı açıqlamada bildirilib ki, son 14 gündə Ermənistan, Bəhreyn, Banqladeş, Braziliya, Bosniya və Herseqovina, Çili, Küveyt, Şimali Makedoniya, Moldova, Oman, Panama, Peru və Dominikan Respublikasından gələn və ya tranzit yolla keçənlərə qadağa qoyulub.

Bundan əlavə, bu ölkələrlə bütün birbaşa və dolayı uçuşlar yoluxma ilə bağlı vəziyyət normallaşana qədər dayandırılıb.