Yaponiyada sel və torpaq sürüşməsi - 63 NƏFƏR ÖLDÜ

Yaponiyada sel və torpaq sürüşməsi - 63 NƏFƏR ÖLDÜ
Dünya

11 iyul 2020, 10:24

Mətn ölçüsü

Yaponiyanın cənub-qərbindəki Kyuşu bölgəsində sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

News24.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, ölkənin cənub-qərb hissəsindəki Kyuş bölgəsi də daxil olmaqla 10 fərqli ştatda 92 dərə və çay yatağı daşıb.

Daşqınlar bəzi körpülərin dağılmasına, ağacların aşmasına, yolların dağılmasına və minlərlə evin su altında qalmasına səbəb olub.

Bütün əyalətlərdə, xüsusən Kumamoto əyalətində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

Yanğın və Fəlakət İdarəetmə Agentliyinin məlumatına görə, bu günə qədər Kyuşuda yaşayan 1.3 milyon insan üçün təxliyə çağırışları edilib.

Yaponiya Meteoroloji Agentliyi bölgədə yağışın davam edəcəyini və lazımi tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edib.