Ermənilər Ukrayna səfirliyinə hücum etdi - VİDEO

Ermənilər Ukrayna səfirliyinə hücum etdi - VİDEO
Dünya

15 iyul 2020, 19:00

Mətn ölçüsü

Ukraynanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

News24.az "Sputnik.am"a istinadən xəbər verir ki, etirazlara səbəb Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı verdiyi açıqlama olub. 


Etiraz aksiyası bir neçə dəqiqə davam edib. 

Qeyd edək ki, Ukrayna Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı verdiyi açıqlamada bildirib ki, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır. 

YouTube