"Biz dost ola bilmərik..." - KADİR DOĞULU

"Biz dost ola bilmərik..." - KADİR DOĞULU
Dünya / ŞOU-BİZNES

24 iyul 2020, 17:19

Mətn ölçüsü

"Hande Yenerlə tanış olandan sonra insanlarla münasibətim yarandı, xalq məni tanıdı, məşhur oldum. O, dövrdə bu məqamları dərk eləmirdim, amma vaxt keçdikçə hər şeyi anladım. İçimdə eşq hissi yaranandan sonra heç nəyi düşünmürdüm. Həmin illəri özüm istədiyim kimi, içimdə safça yaşadım. Buna görə də peşiman deyiləm. Çox gözəl günlər yaşamışam. Bu münasibətdən sonra nəyi, necə edəcəyimi öyrəndim və kamilləşdim".

News24.az
xəbər verir ki, bu sözləri aktyor Kemal Doğulu "40 sual" verilişində deyib. Aktyor həmkarı Burak Özçivitdən də danışıb: "Burakın toyuna dəvət olunmamışdıq, ona görə də onunla, Fahriyəni öz məclisimizə çağırmadıq. Çağırılmayan yerdə nə işimiz var? Düzdür, sevənlərimiz bizi bir-birimizə çox yaxınlaşdırırdı, elə düşünürdülər ki, sanki yediyimiz-içdiyimiz birdir, amma elə deyil. Burakla illər öncə "Kiçik sirlər" serialında bir yerdə rol almışdıq. Çox mərd insandır. Bəlkə də Türkiyənin ən gözəl adamlarından biridir, amma xasiyyətlərimiz, həyata baxışımız bir-birinə uymur. Biz dost ola bilmərik".

Sevda Bayramova