Koronavirusa yoluxanların sayı 18 milyonu keçdi - SON STATİSTİKA

Koronavirusa yoluxanların sayı 18 milyonu keçdi - SON STATİSTİKA
Dünya

02 avqust 2020, 12:35

Mətn ölçüsü

Dünya üzrə COVID-19 virusuna yoluxanların sayı 18 milyon nəfəri ötüb.

News24.az xəbər verir ki, avqustun 1-də dünya üzrə koronavirusa 255 min 779 nəfər yoluxub, 5 min 601 xəstə vəfat edib.

Hazırda koronavirus infeksiyasına yoluxanların sayı 18 milyon 26 min 731 nəfər, ölənlərin sayı 688 min 984 nəfərə çatıb. Eyni zamanda, 11 milyon 335 min nəfər COVID-19 xəstəliyindən sağalıb.

Ötən sutka ərzində ən çox yoluxma halı ABŞ-da qeydə alınıb (58 min 429 nəfər). Bununla da Birləşmiş Ştatlarda virusa yoluxanların sayı 4 milyon 764 min 522 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri Braziliya tutur - 2 milyon 708 min 876 nəfər. Hindistanda 1 milyon 754 min 117, Rusiyada 845 min 443, Cənubi Afrika Respublikasında 503 min 290, Meksikada isə 434 min 193 nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 157 min 901 nəfər. İlk beşliyə daxil olan Braziliyada 93 min 616, Meksikada 47 min 472, Birləşmiş Krallıqda 46 min 193, İtaliyada isə 35 min 146 nəfər koronavirus səbəbindən həyatını itirib.