Bu ilin ƏN ÇOX qazanan aktyorları

Bu ilin ƏN ÇOX qazanan aktyorları
Dünya

11 avqust 2020, 17:48

Mətn ölçüsü

"Forbes" jurnalı bu ilin ən çox qazanan aktyorlarının siyahısını açıqlayıb.

News24.az
xəbər verir ki, amerikalı aktyor və prodüser Dueyn Conson bu il ən çox qazanan aktyorların siyahısına başçılıq edir. 

Belə ki, Conson 12 ay ərzində 87.5 milyon dollar qazanıb.

O, təkcə bu il “Netflix”də nümayiş olunacaq “Red Notice” serialından 23.5 milyon dollar əldə edib.

Siyahıda iki yerdə kanadalı aktyor Rayan Reynold dayanır, o, 71.5 milyon dollar qazanıb.

Üçlüyü amerikalı Mark Uolberq tamamlayır. 

“Forbes”in reytinqində daha sonra Ben Afflek (55 milyon dollar), Vin Dizel (54 milyon dollar), Bollivud ulduzu Akşay Kumar (48.5 milyon dollar) və Brodvey müzikllarının yaradıcısı Lin-Manuel Miranda (45.5 milyon dollar) dayanır. Siyahının onluğunu Uill Smit (44.5 milyon dollar), Adam Sendler (41 milyon dollar) və Ceki Çan (40 milyon dollar) tamamlayır.