"Viber" Minskdəki ofisini bağladı - İŞÇİLƏR TƏXLİYƏ EDİLDİ

"Viber" Minskdəki ofisini bağladı - İŞÇİLƏR TƏXLİYƏ EDİLDİ
Dünya

22 avqust 2020, 14:31

Mətn ölçüsü

"Rakuten Viber" in baş direktoru Camel Aqaua "Forbes" dəgisinə Minsk ofisinin bağlanması barədə məlumat verib.

News24.az xarici KİV-ə istinadən bildirir ki, C.Aqauanın verdiyi məlumata görə, şirkət Belarusiyadakı etiraz aksiyalarının sərt şəkildə yatırılması, "Yandex" və "Uber"-in ofislərinə edilən hücumlar ilə əlaqədar ofisi bağlamaq qərarına gəlib:"Təhlükəsizlik üçün ofisimizdəki işçiləri təxliyə etmək qərarına gəldik. Çünki etirazçıların digər ofisləri niyə ələ keçirdiklərini bilmirik".