Ana 5 övladını öldürüb, özünü qatarın altına atdı

Ana 5 övladını öldürüb, özünü qatarın altına atdı
Dünya / HADİSƏ

03 sentyabr 2020, 19:02

Mətn ölçüsü

Alman polisi Şimali Ren-Vestfaliya federal əyalətində yerləşən Solingen şəhərindəki bir binanın üçüncü mərtəbəsindəki mənzildə beş uşağın cəsədini aşkarlayıb.

News24.az xəbər verir ki, bu barədə "Blid" nəşri məlumat yayıb. Ölən uşaqlar arasında yaş yarım, iki və üç yaşında üç qız, həmçinin altı və səkkiz yaşlı iki oğlan var.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ölən uşaqların nənəsinin onlara müraciətindən, 27 yaşlı qızının beş uşağını öldürdüyünü və başqa bir uşağı ilə qaçdığını söylədikdən sonra mənzildə yoxlama qərarı alıblar.

Onun sözlərinə görə, qızı intihar etmək qərarına gəlib.

Bir müddət sonra ananın evindən 35 km məsafədə yerləşən Düsseldorfdakı dəmir yolu stansiyasında özünü qatarın altında atdığı məlum olub.

Ancaq o ölməyib, ağır xəsarət alıb.

11 yaşlı digər oğlan uşağı zərərsiz şəkildə tapılaraq nənəsinə təhvil verilib. H

azırda 40 polis məmuru hadisənin şərtlərini araşdırır. Uşaqların ölüm səbəbləri də müəyyənləşdirilir.