Məşhur rəssamın ağırçəkili oğlunu Türkiyədə oteldə girov götürdülər - ŞOK SƏBƏB

Məşhur rəssamın ağırçəkili oğlunu Türkiyədə oteldə girov götürdülər - ŞOK SƏBƏB
Dünya

16 sentyabr 2020, 11:35

Mətn ölçüsü

Türkiyədəki otellərdən biri məşhur rusiyalı rəssam Nikas Safronovun oğlu Luka Zatravkini girov götürüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb gənc oğlanın hovuzu qırması olub.

250 kiloqramlıq musiqiçi istirahətdə olarkən otelin ərazisində yerləşən uşaq hovuzuna qaçaraq atullanıb. Hovuzun dərinliyi yarım metrdən çox olmayıb. Bu zaman o, əl və ayaqlarından ağır zədələr alıb. Uşaq hovuzu sə təmirə bağlanıb.

Yayılan məlumata görə, otelə 19 min dollar ziyan dəyib.

Məsələ ilə bağlı açıqlama verən Nikas Safronov bildirib ki,oğluna Türkiyə ərazisini tərk etmək qadağan edilib. O, otelə dəyən ziyanı ödəməlidir.