Narkoloji klinikada YANĞIN - 4 ÖLÜ, 2 YARALI

Narkoloji klinikada YANĞIN  - 4 ÖLÜ, 2 YARALI
Dünya

17 sentyabr 2020, 10:56

Mətn ölçüsü

Krasnoyarskda özəl narkoloji klinikada baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Krasnoyarsk Bölgəsindəki Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın birinci mərtəbədəki 10 kv.m sahəsi olan ofisdə başlayıb.

Klinikanın ərazisindən 16 nəfər təxliyə edilib.