Turistləri daşıyan avtobus Alanyada QƏZAYA DÜŞDÜ

Turistləri daşıyan avtobus Alanyada QƏZAYA DÜŞDÜ
Dünya

18 sentyabr 2020, 16:58

Mətn ölçüsü

Rusiyalı turistlərin olduğu avtobus Türkiyənin cənubundakı Alanya bölgəsində qəzaya düşüb.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Antalyadakı Baş Konsulluğu məlumat verib.

Bildirilib ki, hazırda qəzanın səbəbi araşdırılır.

Avtobusda olan sərnişinlərdən biri qeyd edib ki, qəzada yeddi nəfər yaralanıb. 

İlkin məlumata görə, qəza zamanı can itkisi olmayıb.