"Keçmiş sevgililərim məndən küsüblər, amma mən..." - SİNAN AKÇIL - VİDEO

"Keçmiş sevgililərim məndən küsüblər, amma mən..." - SİNAN AKÇIL - VİDEO
Dünya / ŞOU-BİZNES

25 sentyabr 2020, 13:11

Mətn ölçüsü

"Bizim boşanmamızın əsl səbəbi yola gedə bilməməyimizdən qaynaqlandı. Yəni, xüsusi bir səbəb olmadı. Ayrılandan bir müddət sonra rahatlaşsam da, sonra bir-birimizi axtarmağa başladıq. Düşündüyümüz kimi olmadığından qərara gəldik ki, yenidən bir araya gələk və sevgili münasibətinə başladıq. Doqquz ay evli olduq, sonra ayrıldıq". 

News24.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Sinan Akçıl teleaparıcı Armağan Çağlayanın "Youtube" layihəsində deyib. O bildirib ki, həyat yoldaşından boşansa da münasibətləri çox yaxşıdır: "İlk olaraq təməli düzgün qoyulmadı, yəni ki, ailə həyatına öyrəşə bilmədik. Buna görə də fikir ayrılıqları yarandı. Bütün bunların da üstünə qısqanclıq problemimiz oldu. Ona görə də belə daha yaxşıdır". 

Müğənni bildirib ki, keçmiş məşhur sevgililəri ilə əlaqəsi yoxdur: "Əslində mən yox, onlar məndən küsüblər. Bəlkə də ürəklərində mənə qarşı bir nifrətləri yoxdur, amma yenə də qarşılaşanda belə salamlaşmırlar. Onlardan biri məndən mahnı istəsə yəqin ki, verərəm".

Sevda Bayramova

YouTube