Suriya AÇIQLADI: Erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb

Suriya AÇIQLADI: Erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb
Dünya / DAĞLIQ QARABAĞ

01 oktyabr 2020, 14:13

Mətn ölçüsü

Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb.

News24.az-ın xəbərinə görə, bu barədə Suriya İnsan Haqları Monitorinq mərkəzi (Syrian Observatory Human Rights - SOHR) bildirib.
"Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb", - deyə təşkilatın məlumatında qeyd edilir.

Mərkəz bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.
"Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir", -  deyə Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatı vurğulayıb. /APA/