5 nəfərin ölümünə səbəb oldu, edam edildi
Dünya
Yaponiyada bir ildən artıq müddətdən sonra ilk edam həyata keçirilib.
News24.az xəbər verir ki, 2009-cu ildə Osakada oyun zalını yandıraraq beş nəfərin ölümünə səbəb olan kişi edam edilib.
58 yaşlı Sunao Takami evinin yaxınlığında yerləşən patinko oyun zalına alışdırıcı maddə tökərək yandırıb. Hadisə nəticəsində zalın dörd müştərisi və bir əməkdaşı həyatını itirib.
2011-ci ildə məhkəmə Takamini asılaraq ölüm cəzasına məhkum edib.
Müdafiə tərəfi cinayəti törətdiyi zaman onun psixi pozuntudan əziyyət çəkdiyini iddia etsə də, məhkəmə heyəti bu arqumenti rədd edib.
Qeyd edək ki, Yaponiya və ABŞ “Böyük yeddilik” ölkələri arasında ölüm cəzasının hələ də tətbiq olunduğu yeganə dövlətlər olaraq qalır.
Yaponiyada ölüm cəzasına məhkum edilən şəxslərə edamın keçiriləcəyi barədə adətən cəmi bir neçə saat əvvəl məlumat verilir.