5 ölkənin nümayəndələri Tehranda görüşəcək
Dünya
Xəzəryanı ölkələrin nümayəndələrinin Tehranda görüşü keçiriləcək.
News24.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Xəzər dənizinin suyunun səviyyəsinin azalması qarşıdakı görüşün əsas gündəm məsələlərindən biri olacaq. Xəzər dənizinin qorunması ilə bağlı təxminən 20 il əvvəl imzalanmış beştərəfli müqavilə mövcuddur.
Bəqayi qeyd edib ki, son illərdə Xəzər dənizində su səviyyəsinin azalması problemi daha da kəskinləşib.
XİN sözçüsü problemin texniki aspektlərinin araşdırılmasının ölkənin Ətraf Mühitin Mühafizəsi Təşkilatının səlahiyyətində olduğunu vurğulayıb.
O bildirib ki, Xəzər Konvensiyasının üzv dövlətlərinin görüşü sentyabrın sonu və ya oktyabrın əvvəlində Tehranda keçiriləcək.
Görüşün əsas mövzularından biri Xəzər dənizində suyun səviyyəsinin azalmasının qarşısının alınması olacaq.