5 səs toplayan Simonyan küsüb parlementi tərk etdi

5 səs toplayan Simonyan küsüb parlementi tərk etdi Dünya

Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" Partiyasının iyunun 25-də keçirilən iclasında parlament sədri vəzifəsinə namizədin seçilməsi zamanı vəziyyət xeyli gərginləşib.

News24.az xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, gizli səsvermənin nəticələri açıqlanandan sonra hazırkı parlament sədri Alen Simonyanın 20 səsdən cəmi 5-ni topladığı məlum olub.

Bundan sonra deputat Asmik Akopyan (vaxtilə Simonyanın köməkçisi olub) etirazla zalı tərk edib.

Onun ardınca Simonyan da zaldan çıxıb.

Məlumata görə, Simonyan zaldan çıxmazdan əvvəl mühafizəçilərdən jurnalistlərin ərazidə olub-olmadığını yoxlamağı xahiş edib və daha sonra binanı tələsik tərk edib.

Mənbələrin bildirdiyinə görə, onun bu addımı hakim komandada Ruben Rubinyanın lehinə qəbul edilən qərardan narazılığın açıq nümayişi kimi qiymətləndirilib.

Eyni zamanda, idarə heyətinin bəzi üzvləri Asmik Akopyanın davranışını tənqid edərək bildiriblər ki, qərar partiya daxilində və baş nazir Nikol Paşinyanın iştirakı ilə qəbul olunduğundan, o, daha təmkinli davranmalı idi.

Xatırladaq ki, iyunun 25-də keçirilən gizli səsvermədə Ruben Rubinyan Ermənistan parlamentinin sədri vəzifəsinə hakim partiyanın namizədi seçilib.

Hazırda o, parlamentin vitse-spikeri və Ermənistanın Türkiyə ilə münasibətləri üzrəı üzrə xüsusi nümayəndəsidir. /Sputnik Ermənistan/