50 il nikahda olan cütlüklərə pul ödənilə bilər - Bu ölkədə
Dünya
Rusiyada 50 il və daha çox nikahda olan cütlüklər üçün 20 min rubl məbləğində ə ödənişin tətbiq edilməsi təklif olunub.
News24.az xəbər verir ki, müvafiq təşəbbüslə Rusiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərinə "Analar Şurası"nın sədri, Dövlət Dumasının deputatı Tatyana Butskaya müraciət edib.
Bununla yanaşı, Butskaya bənzər dəstək tədbirlərinin artıq bəzi regionlarda qüvvədə olduğunu vurğulayıb.
Müraciətin mətnində qeyd olunub ki, rəsmi nikah sadəcə şəxsi ailə dəyəri deyil, həm də davamlılığın, qarşılıqlı dəstəyin və ənənəvi ailə münasibətlərinin qorunmasının ictimai əhəmiyyətli nümunəsidir.
Təklif olunan tədbir ölkədə ailə institutunun möhkəmlənməsinə kömək edə və ailə dəyərlərinin dəstəklənməsinə vahid yanaşma formalaşdıra bilər. /RİA/