500 nəfər "hə" dedi, Avropa onunla vidalaşdı
Dünya
Avropa Parlamenti mütləq səs çoxluğu ilə Rusiya qazından 2027-ci ilin payızınadək tam imtinanı nəzərdə tutan qanunu qəbul edib.
News24.az xəbər verir ki, sənədin lehinə 500 avropalı deputat səs verib, 120-si əleyhinə çıxış edib, 32-si isə bitərəf qalıb.
Qanun layihəsi qüvvəyə minməzdən əvvəl Avropa İttifaqı Şurası tərəfindən də formal şəkildə təsdiqlənməlidir. Daha sonra sənəd Aİ-nin rəsmi jurnalında dərc olunacaq və 2026-cı ildən etibarən qüvvəyə minəcək.