52 il sonra qətlin sirri açıldı
Dünya
ABŞ-də 1974-cü ildə qətlə yetirilən 17 yaşlı Melissa Enn Smitin qatili 52 ildən sonra müəyyən edilib.
News24.az xəbər verir ki, aparılan yeni DNT analizləri cinayətin silsilə qətil Ted Bundi tərəfindən törədildiyini üzə çıxarıb.
Gənc qızın cəsədi 1974-cü il oktyabrın 27-də meşəlik ərazidə tapılmışdı.
Qeyd edək ki, çoxsaylı qadın və qızların qətlində təqsirli bilinən Ted Bundy 1989-cu ildə edam edilib. Yeni texnologiyalar sayəsində illər əvvəl açılmamış qalan cinayətin üstü açılıb.