52 sakin və 13 ukraynalı hərbçi əsir düşdü – Zelenski daha nələri açıqladı?

52 sakin və 13 ukraynalı hərbçi əsir düşdü – Zelenski daha nələri açıqladı? Dünya

Son bir ayda Pokrovskda vəziyyət dəyişməyib. Hazırda şəhər daxilində 1100 rusiyalı hərbçi var, şəhər ətrafında isə bu rəqəm daha yüksəkdir.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama yayıb.

Zelenski digər istiqamətlərdəki vəziyyətə də toxunub. Onun sözlərinə görə, Mirnoqrad istiqamətində Rusiya Silahlı Qüvvələrinin təzyiqləri müşahidə olunsa da, Ukrayna ordusu mövqelərini qoruyub saxlayır.

Kupyanskda Ukrayna Silahlı Qüvvələri daha 500 kvadratmetr ərazini təmizləyib. Zelenski əməliyyatın düzgün istiqamətdə getdiyini bildirib və hazırda şəhərin Ukraynanın nəzarətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, şəhərdə rusiyalı hərbçilərin sayı 100 nəfərə qədərdir və bu, müvəqqəti xarakter daşıyır.

Qulyaypole istiqamətində vəziyyətin bir müddət çətin olduğu, lakin artıq sabitləşdiyi və son bir həftə ərzində dəyişmədiyi qeyd edilib.

Sumı vilayəti ilə bağlı açıqlamada Zelenski bildirib ki, sərhədyanı Qrabovskoye kəndinin 52 sakini əsir düşüb. Eyni zamanda 13 ukraynalı hərbçi də əsir götürülüb.