Ölən kişi 45 dəqiqə sonra dirildi

Ölən kişi 45 dəqiqə sonra dirildi
Dünya

16 noyabr 2020, 08:48

Mətn ölçüsü

ABŞ-da həkimlər 45 dəqiqədir ürəyi döyünməyən şəxsi həyata qaytarıblar.

News24.az xəbər verir ki, bu barədə "Seattle Times" nəşri məlumat yayıb. Bildirilib ki, Maykl Knapinski qarlı havada dağda gəzərkən itkin düşüb. 

Xilasedicilər onu yalnız ertəsi gün huşsuz vəziyyətdə tapıblar. Sietldəki xəstəxanaya yerləşdirilən M.Knapinskinin ürəyi orada dayanıb.

Həkimlərin səyi nəticəsində 45 dədiqə ürəyi döyünməyən şəxsi həyata qaytarmaq mümkün olub. Həkim bildirib ki, bu tibbi cəhətdən mümkün olmasa da, Maykl ölülər dünyasından qayıdıb.