Əfqanıstan paytaxtı raket atəşinə tutulub, ölənlər var

Əfqanıstan paytaxtı raket atəşinə tutulub, ölənlər var
Dünya

21 noyabr 2020, 10:26

Mətn ölçüsü

Əfqanıstanın paytaxtı Kabul şəhərinin noyabrın 21-də səhər saatlarında raket atəşinə tutulması nəticəsində azı 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

News24.az xəbər verir ki, məlumatı “Pajhwok” agentliyi yayıb.

Bildirilib ki, Kabula səhər saatlarında azı 10 raket buraxılıb.

Kabulun bir neçə rayonu da atəşə məruz qalıb. /Report/