5,5 maqnitudalı zəlzələ oldu
Dünya
Çili sahillərində 5,5 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə News24.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Bildirilib ki, zəlzələnin episentri təxminən 161 min əhalisi olan Kokimbo şəhərindən 61 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağının dərinliyi 10 kilometr olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
\\\\report